Abdulla Şıxlinski
Həkim-Psixiatr

Abdulla Şıxlinski

Psixiatriya nədir

Psixiatriya-təbabət elminin bir sahəsi olub, ruhi (psixi) xəstəliklərin səbəblərini, inkişaf mexanizmlərini, gedişini, müalicə prinsiplərini və profilaktikasını öyrənir və tədqiq edir. Psixiatriya eyni zamanda insan ruhunun (psixikasının) adi halda -sağlam adamlarda fəaliyyət qanunauyğunluqlarını dərindən tədqiq edir, sağlam adamlarda təsadüf olunan, gündəlik həyatla bağlı böhran vəziyyətlərini öyrənir, onların aradan qaldırılma üsullarını işləyib hazırlayır. Psixiatr-ruhi (psixi) xəstəliklərin diaqnostikası, müalicəsi, reabilitasiyası, profilaktikası ilə məşğul olan Həkimdir.

Brain
Bir il ərzində

Dünyada hər 5 adamın 4-ündə həkim-psixiatra vaxtında müraciət etməmək səbəbindən psixi vəziyyətin kəskin ağırlaşması müşahidə edilir.

İnsanın psixi vəziyyətini yalnız həkim-psixiatr qiymətləndirə bilər

İnsanda ruhi xəstəliyin olub-olmaması barədə yalnız həkim-psixiatr qərar verə bilər.

Həkim haqqında

1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. İki dəfə hərbi xidmətdə olmuşdur: 1986-1988-ci illərdə SSRİ silahlı qüvvələrində; 1998-2000-ci illərdə AMO-da hərbi həkim.

İki elmi kitabın müəllifidir:

Psixiatriya: populyar suallara cavablar.

Book 1 cover Book 1 back

Psixiatrik məntiq.

Book 2 cover Book 2 back

1985-ci ildə Bakı şəhərində orta ümumtəhsil məktəbini bitirərək həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1993-cü ildə həmin tədris müəssisəsini "Müalicə işi" ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. Rusiya Federasiyası Tver Dövlət Tibb Akademiyasında "Psixiatriya" ixtisası üzrə fundamental akademik ixtisaslaşma keçmişdir. Uzun illər Bakı şəhərinin müxtəlif müalicə müəssisələrində, sonralar 10 il müddətində Rusiya Federasiyasının Tver, Moskva, Leninqrad vilayətlərinin psixiatrik müalicəxanalarında həkim-psixiatr vəzifəsində çalışmışdır. Hal-hazırda Bakı şəhərində "DIALAB" klinikasında fəaliyyət göstərir.

Psixiatriyanın müxtəlif bölmələri üzrə ayrı-ayrı illərdə ixtisaslaşma və təkmilləşmə kursları keçmişdir: "Psixiatriya-narkologiya" üzrə Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Tibb fakültəsində; Moskva Elmi-Tədqiqat Psixiatriya İnstitutunda: "Sosial təhlükəli ruhi xəstələrin məcburi müalicə prinsipləri", "Psixoterapiya", "Kriminalistik psixiatriya", "Uşaq-yaniyetmə psixiatriyası", "Psixiatriya-seksopatologiya", "Tibbi psixologiya", "Biotibbi etika və deontologiya". Moskva vilayət Psixiatrlar cəmiyyətinin həqiqi üzvüdür. 35 illik həkimlik təcrübəsinə malikdir.

Doctor

İnsanın psixi vəziyyətini yalnız həkim-psixiatr qiymətləndirə bilər

İnsanda ruhi xəstəliyin olub-olmaması barədə yalnız həkim-psixiatr qərar verə bilər.

Məşğul olduğu sahələr

Böyüklərdə və uşaqlarda rast gəlinən bütün növ ruhi (psixi) pozğunluqların diaqnostikası, müalicəsi, reabilitasiyası, xəstə və sağlam şəxslərlə psixoterapiya sessiyalarının keçirilməsi, böhran vəziyyətində olan insanlara psixoterapevtik yardım. Həkimin müalicə etdiyi xəstəliklər:

Dünyada gün ərzində
Yüzlərlə insan həkim-psixiatra getməkdən imtina edərək, psixi xəstəlik səbəbindən öz həyatına qəsd edir və dünyadan köçür.
Doctor

Özünüzdə hər hansı ruhi (psixi) gərginlik hiss edən kimi, dərhal həkim-psixiatra müraciət edin. Yaddan çıxarmayın: həkim-psixiatrdan qorxmaq lazım deyildir, o da başqa tibb mütəxəssisləri kimi diaqnostika və müalicə ilə məşğul olan həkimdir. Vaxtında aldığınız həkim-psixiatr yardımı sizi psixiatrik xəstəxanalarda uzun müddətli müalicədən xilas edər.

Həkim ilə əlaqə