Həkim-Psixiatr
Abdulla Şıxlinski

Psixiatriya nədir

Psixiatriya-təbabət elminin bir sahəsi olub, ruhi (psixi) xəstəliklərin səbəblərini, inkişaf mexanizmlərini, gedişini, müalicə prinsiplərini və profilaktikasını öyrənir və tədqiq edir. Psixiatriya  eyni zamanda insan ruhunun (psixikasının) adi halda -sağlam adamlarda  fəaliyyət qanunauyğunluqlarını dərindən tədqiq edir, sağlam adamlarda təsadüf olunan, gündəlik həyatla bağlı böhran vəziyyətlərini öyrənir, onların aradan qaldırılma üsullarını işləyib hazırlayır. Psixiatr-ruhi (psixi) xəstəliklərin diaqnostikası, müalicəsi, reabilitasiyası, profilaktikası ilə məşğul olan Həkimdir. Ona görə də Psixiatr dedikdə, yalnız ali tibbi təhsilə malik olan Həkim başa düşülür və həmin mütəxəssis HƏKİM-PSİXİATR adlanır. Həkim-psixiatr öz fəaliyyətində təbabət elminin prinsiplərini əsas götürür, təbabətin bütün sahələrinin qanunlarından istifadə edir.

Bir il ərzində

Dünyada hər 5 adamın 4-ündə həkim-psixiatra vaxtında müraciət etməmək səbəbindən psixi vəziyyətin kəskin ağırlaşması müşahidə edilir.

Həkim haqqında

1968-ci ildə Bakı şəhərində anadan olmuşdur,
İki dəfə hərbi xidmətdə olmuşdur:
1986-1988-ci illərdə SSRİ silahlı qüvvələrində; 

1998-2000-ci illərdə AMO-da-hərbi həkim.

İki elmi kitabın müəllifidir:

Psixiatriya: populyar suallara cavablar.

Psixiatrik məntiq.

İnsanın psixi vəziyyətini yalnız həkim-psixiatr qiymətləndirə bilər

İnsanda ruhi xəstəliyin olub-olmaması barədə yalnız həkim-psixiatr qərar verə bilər.

Məşğul olduğu sahələr

Böyüklərdə və uşaqlarda rast gəlinən bütün növ ruhi (psixi) pozğunluqların diaqnostikası, müalicəsi, reabilitasiyası, xəstə və sağlam şəxslərlə psixoterapiya sessiyalarının keçirilməsi, böhran vəziyyətində olan insanlara psixoterapevtik yardım.
Həkimin müalicə etdiyi xəstəliklər:

Bipolyar pozğunluqlar.

Şəxsiyyətin patoloji inkişafı.

Şizotipik pozğunluq.

Genişlənmiş depressiv sindrom.

Nevrotik depressiya.

Təşviş həmlələri.

Maniakal-depressiv psixoz zamanı baş verən təşviş həmlələri.

Emiqrasiya etmiş insanlarda baş verən psixozlar.(Yerdəyişmə psixozları)

Alsheymer xəstəliyi.

Qadınlarda  cinsi əlaqəyə qarşısıalınmaz meyillik.

Alkoqol və narkotiklərdən istifadə nəticəsində yaranmış davranış pozğunluqları.

Pedofiliya 
(uşaqlarla cinsi əlaqəyə meyillik).

Kənar əl sindromu.

Hamiləlik psixozları.

Nekrofiliya 
(meyitlərlə cinsi əlaqəyə meyl).

Anoreksiya.

Alkoqol ağıl zəifliyi.

Erkən uşaq autizmi.

Katatonik sindrom.

Uşaqlarda psixi inkişafın ləngiməsi.

Uşaq tikləri və kəkələmələr

Uşaq nevrozları.

İsteriya, dissosiativ-konversion pozğunluqlar.

Özünü məhv etməyə meyillik 
(suisidomaniya).

Nevrotik vəziyyətlər, nevrozlar.

Psixopatiyalar.

Şizoaffektiv pozğunluq.

Siklotimiya.

Obsessiv-kompulsiv sindrom
(Sarışan hallar sindromu)

Şizofreniya zamanı baş verən təşviş.

Qadınlarda klimakterik psixoz.

Turetta sindromu.

Pik xəstəliyi.

Kişilərdə cinsi əlaqəyə qarşısıalınmaz meyillik.

Narkotiklərdən və alkoqoldan asılılıq.

Səbəbi aydın olmayan yuxusuzluq.

Terapevtik xəstəliklər zamanı yaranan psixozlar.

Baş beyin zədələnmələrindən sonra yaranan psixozlar.

Paranoya.

Kleptomaniya 
(başqasının əşyasını oğurlamağa patoloji meyillik).

Epilepsiya və epileptik psixozlar.

Ümumi adaptasiya sindromunun pozulması.

Uşaqlarda doğuş zədəsi nəticəsində inkişaf etmiş psixoz.

Uşaqlarda Landau-Klefler sindromu.

Uşaq şizofreniyası.

Səbəbi bilinməyən maniyalar.

İsterik tutma.

Sərbəst sayıqlama sindromları.

Ağır sosial adaptasiya pozğunluqları.

Şəxsiyyətin patoloji inkişafı.

Şizofreniya.

Depressiyalar.

Distimiya.

Psixasteniya.

Kişilərdə klimakterik psixoz.

Ağıl zəiflikləri: anadangəlmə və qazanılmış.

Baş beyinin damar xəstəlikləri zamanı baş verən psixozlar.

İnsanları öldürməyə qarşısıalınmaz meyillik (qomosidomaniya).

İnsest (qan qohumları ilə cinsi əlaqəyə meyillik).

Kapqr sindromu.

Cərrahi xəstəliklər zamanı yaranan psixozlar.

Patoloji infantilizm 
(uşaqxasiyyətlilik).

Səbəbi bilinməyən həyəcan vəziyyətləri.

Fobiyalar.

Uşaq amneziyası.

Oneyroid sindrom.

Uşaqlarda hiperkinetik-hiperaktivlik sindromu.

Uşaqlarda enurez.

Uşaq depressiyaları.

Qadınlarda frigidlik 
(cinsi soyuqluq).

Psixosomatik pozğunluqlar.

Uzanmış nevrozlar.

Uzun müddət cinsi əlaqədə olmayan şəxslərdə baş verən ruhi pozğunluqlar.

Ekshibisionizm.

Dünyada gün ərzində

Yüzlərlə insan həkim-psixiatra getməkdən imtina edərək, psixi xəstəlik səbəbindən öz həyatına qəsd edir və dünyadan köçür.

Özünüzdə hər hansı ruhi (psixi) gərginlik hiss edən kimi, dərhal həkim-psixiatra müraciət edin. Yaddan çıxarmayın: həkim-psixiatrdan qorxmaq lazım deyildir, o da başqa tibb mütəxəssisləri kimi diaqnostika və müalicə ilə məşğul olan həkimdir. Həkim-psixiatr ən incə materiya olan ruhla, onun müalicəsi ilə, ruhi vəziyyətlərin öyrənilməsi ilə məşğuldur. Hər bir ruhi pozulma insanın yaşı artdıqca daha da ağırlaşır, ona görə də vaxtında göstərilən mütəxəssis yardımından imtina etməyin. İnsan bədəninin bütün orqan və sistemləri beyinin məhsulu olan ruh tərəfindən tənzimlənir. Ruhunuzun sağlam olmasını bilmək üçün profilaktik olaraq həkim-psixiatra müraciət edin, ondan məsləhət alın. Vaxtında aldığınız həkim-psixiatr yardımı sizi psixiatrik xəstəxanalarda uzun müddətli müalicədən xilas edər.

Həkim ilə əlaqə

Qəbula yazılmaq

+994 55 439 41 55

Həkimlə birbaşa əlaqə

+994 55 439 41 55

Elektron poçt

abdulla@drpsixiatr.az

Həkim-Psixiatr

Abdulla Şıxlinski